23.11.2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Heydərabad qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib.

Qəbul zamanı sakinlərin müraciətləri, onları narahat edən məsələlər və mövcud problemlər dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin müraciətlərinin yerində araşdırılması və problemlərin həllinə operativ yanaşmanın təmin olunmasıdır.