Sədərək rayon Dəmirçi kəndində maarifləndirmə tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2026-cı il 21 yanvar tarixli 210-07/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının ərazisinin heyvan xəstəliklərindən azad zona elan edilməsi məqsədilə müvafiq hazırlıq işlərinin görülməsi üçün fəaliyyətin təşkili ilə bağlı Tədbirlər Planı”nın 1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə 2026-cı ilin 11 mart tarixində Sədərək rayon Dəmirçi kəndində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbir çərçivəsində sahibkarlara “Heyvanlarda profilaktiki peyvəndləmənin əhəmiyyəti” və “Baytarlıq - sanitariya norma və qaydaları, bu qaydalara riayət etməyin sahibkarlar üçün əhəmiyyəti” mövzularında ətraflı məlumat verilmişdir. Eyni zamanda sahibkarları maraqlandıran suallar cavablandırılmış, sonda isə maarifləndirici bukletlər paylanılmışdır.