Sədərək rayonunun Sədərək kəndində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, tullantıların düzgün idarə olunması, su və torpaq ehtiyatlarının mühafizəsi, qanunsuz ovla mübarizə və ekoloji qanunvericiliyin tələbləri barədə məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, təbiətin qorunmasında hər bir vətəndaşın məsuliyyətinin vacibliyi vurğulanıb.