Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Heydərabad qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib. Qəbul zamanı qəsəbə sakinlərinin müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib, icrası araşdırma tələb edən...
Ətraflı
Tədbirdə məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov şagirdləri yeni tədris ili münasibətilə təbrik edib, onlara təhsildə yüksək nailiyyətlər, müəllimlərə isə məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, bilik və təhsil cəmiyyətin inkişafının əsas dayaqlarındandır. Gənc nəslin savadlı, vətənpərvər və ...
Ətraflı
Yeni dərs ilinin başlanğıcı münasibətilə Sədərək rayonunun bütün şagird və tələbələrini, müəllimləri və valideynləri səmimi-qəlbdən təbrik edirik! Yeni tədris ilinin hər bir şagird üçün uğur, yeni biliklər və böyük nailiyyətlərlə yadda qalmasını arzulayırıq. İnanırıq ki, savadlı, vətənpərvər və yüksək dünyagörüşlü gənclərimiz ölkəmizin gələcəyinə öz töhfələrini verəcəklər. ...
Ətraflı
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur. Qarabağ Azərbaycanın suveren ərazisidir.Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatları Azərbaycanın suveren ərazisində hərəkətinə ...
Ətraflı
Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının XIII konfransı keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransda YAP Sədərək rayon təşkilatının sədri Vüsalə...
Ətraflı